ENGİN karyera sərgisində

14 MAR 2017

Mart ayının 2-də ENGİN LTD nümayəndələri ADA universitetində 5-ci İllik Karyera Həftəsi çərçivəsində təşkil edilmiş karyera sərgisində iştirak etdilər. Yarmarka müntəzəm olaraq ADA universitetinin Karyera İdarəetmə Mərkəzi tərəfindən təşkil olunur və işəgötürənlərin potensial işçi sinifi ilə  görüşünə şərait yaradır. Karyera sərgisində 88 aparıcı şirkət, beynəlxalq təşkilatlar və Azərbaycanın “Deloitte”, “SOCAR”, “Turkish Petrolium”, “Central Bank”, “Port of Baku”, “BP”, “Schlumberger”, “Azercell”, “Pasha Insurance”, “UNFPA” kimi və digər dövlət qurumları iştirak etdilər. Sərgi ərzində 250-dən çox tələbə və iş axtarışında olan şəxslər stendimizə yaxınlaşaraq şirkət və məşğulluq imkanları barədə ətraflı məlumat əldə etdilər. Onlara şirkət haqqında, eləcə də, vakant yerlər və təcrübə üçün müraciətlə bağlı təfərrüatlar yazılan korporativ broşuralar, ekoloji cəhətdən təmiz çantalar, stikerlər, qələmlər, əlfəcinlər və tələbə üçün lazımi olan digər əşyalar bağışlandı.