ENGİN gənc idmançıların fəxri sponsorudur!

15 AVG 2016

15 ildən artıqdır ki Azərbaycanda fəaliyyət göstərən ENGİN  bu vaxt ərzində yalnız biznes mühiti deyil eyni zamanda cəmiyyətə də müsbət təsir göstərməyə çalışmışdır. Bunu nəzərə alaraq Şirkət qabiliyyətli gəncləri aşkar edib bacarıqlarını inkişaf etdirmək üçün davamlı olaraq investisiyalar yatırmışdır. Biz  Sıçrayış- uşaq basketbol klubuna sponsorluq etməyimizi qürurla bildiririk.

Klub 2015-ci ildən etibarən Azərbaycan Basketbol Liqasına daxil olmuş və elə həmin ildən etibarən 5-16 yaşlı uşaqların məşqi ilə məşğuldur. Sıçrayış təcrübəli mütəxəssislərin daxil olduğu və Bakının müxtəlif istiqamətlərində yerləşən 6 məktəbdə fəaliyyət göstərir. Klubun yaradıcısı və baş məşqçisi Elşən Yusibovdur. O U-16 nın aparıcı məşqçisi və Azərbaycan Milli Basketbol komandasının köməkçi məşqçisi kimi də fəaliyyət görtərir.

Əməkdaşlıq çərçivəsində ENGİN Sıçrayışı yeni ləvazimat və uniformalarla təmin edəcək. Bu, dərslərin daha səmərəli keçirilə bilməsinə və stritbol, həmçinin sağlam həyat tərzinin  gənclər arasında genişlənməsinə şərait yaradacaqdır. Biz ümid edirik ki, Sıçrayışa olunan investisiya cəmiyyətdə yeni idman dalğasının yaranmasına və Azərbaycanda basketbol mədəniyyətinin formalaşmasına zəmin yaradacaq. ENGİN-in Baş Direktoru Gürkan Andaç gənclərin inkişafına və bu sahəyə yatırılan investisiyalara inamlı olduğunu bildirmişdir. Həmçinin, regionda davam edən çətin iqtisadi vəziyyətdə gəncləri dəstəkləmək, onların daha sağlam olmalarına, idman yönümlü və uğurlu inkişaflarına şərait yaratmaq lazım olduğunu bildirmişdir.

ENGİN-in fəaliyyəti bütün ölkəni əhatə etdiyi üçün biz Sıçrayış basketbol klubu ilə  əməkdaşlığın növbəti mərhələdə basketbolun regionlarda da inkişafına yönləndirilməsini planlayırıq.

ENGİN haqqında

ENGİN Azərbaycanda 2000-ci ildən etibarən fəaliyyət göstərən Distribusiya Şirkətidir. Şirkət dünyanın bir çox nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir, onlara Procter & Gamble, Ferrero, Tat, Eczacibashi, Berkshire Hathaway, Fater, General Electrics, Kellog’s, United Biscuits və digərləri daxildir. Uğurlu tərəfdaşlıq əlaqələri sayəsində ENGİN-in tərəfdaşları sırasına Ariel, Pampers, Gillette, Pringles, Ace, Duracell, Selpak, Kinder Surprise, Nutella, Raffaello, McVitie’s, Tat, General Electrics və s. kimi məşhur və aparıcı markalar daxil olmuşdur. 15 illik fəaliyyət müddəti ərzində Şirkət ölkənin bütün regionlarını əhatə edən səmərəli distribusiya şəbəkəsi qurmağa müvəffəq olmuşdur. Davamlı inkişafı təmin etmək öhdəliyi daşımaqla və distribusiya prosesinin bütün mərhələlərində ən mükəmməl nəticələr əldə etməyi qarşıya məqsəd qoymaqla ENGİN istehlakçı malları sahəsində bütün regionda ən təcrübəli və yenilikçi şirkətlərdən birinə çevrilmişdir.