ENGIN Gənc İstedadlara Dəstək Olur!

05 OKT 2016

ENGİN şirkəti olaraq bizi əhatə edən dünyanı yaxşılaşdırmağa can atırıq. Gənclər bu gün gördüyümüz bütün işlərin gələcəyidir və buna görə də, gənc nəslə dəstək olmaq əhəmiyyətlidir. Biz fəxrlə elan edirik ki, ENGİN şirkəti Azərbaycan Biznes Keys Müsabiqəsinin gümüş sponsorudur. Bu müsabiqədə yuxarı kurs bakalavr və magistr tələbələri biznes müəssisələri üçün həll yolları tapmaqda bir-birilə yarışır.

Azərbaycan Biznes Keys Müsabiqəsi (ABCC) 2002-ci ildən başlayaraq hər il ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyası (AAA) tərəfindən böyük korporasiyaların dəstəyi ilə keçirilir. Rəqabət, mübarizə və öyrənmək təcrübəsi təmin edən bu müsabiqədə indiyədək 700-dən çox tələbə iştirak edib. Komandalar təqdim olunmuş müxtəlif bznes problemlərinə kreativ həll yolları tapmaqla həm yarışır, həm də praktiki biliklərini inkişaf etdirirlər. 

Tələbələr eyni zamanda Biznes Akademiyasına müraciət etməklə, müsabiqəyə hazırlaşmaq imkanı əldə edirlər. Akademiyada tələbələr biznes, inkişaf, problemin həlli və təqdimat sahələrində şirkət rəhbərləri və bu sahədə təcrübəli menecerlər tərəfindən təlimlərdə iştirak edib onları maraqlandıran suallara cavab tapmaq şansı əldə edirlər. Bu il Biznes Akademiyası mövcud yerlər üçün rekord sayda müraciət qəbul etmişdir. Həm Biznes Akademiyasının, həm də Azərbaycan Biznes Keys müsabiqəsinin iştirakçıları 3 və 4-cü kurs bakalavr tələbələri və magistrlər arasından seçilmişdir. Tələbələr müsabiqə zamanı analitik, təqdimat, komanda işi, qərar vermə və problem həll etmə qabiliyyətlərini təkmilləşdirirlər. Dörd həftə ərzində öz həll yollarını təqdim etmələri üçün tələbələrə dörd fərqli biznes məsələsi verilir. Müsabiqə üçün ərizə qəbuluna tezliklə başlanacaqdır.

ENGİN şirkəti ölkəmizin biznes mühitinin gələcəyini formalaşdıran yaradıcı zəkalara sərmayə qoymaqdan qürur duyur. Biz bütün iştirakçılara uğur arzu edirik! 

ENGİN haqqında
ENGİN Azərbaycanda 2000-ci ildən etibarən fəaliyyət göstərən Distribusiya Şirkətidir. Şirkət dünyanın bir çox nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir, onlara Procter & Gamble, Ferrero, Tat, Eczacibashi, Berkshire Hathaway, Fater, General Electrics, Kellog’s, United Biscuits və digərləri daxildir. Uğurlu tərəfdaşlıq əlaqələri sayəsində ENGİN-in tərəfdaşları sırasına Ariel, Pampers, Gillette, Pringles, Ace, Duracell, Selpak, Kinder Surprise, Nutella, Raffaello, McVitie’s, Tat, General Electrics və s. kimi məşhur və aparıcı markalar daxil olmuşdur. 15 illik fəaliyyət müddəti ərzində Şirkət ölkənin bütün regionlarını əhatə edən səmərəli distribusiya şəbəkəsi qurmağa müvəffəq olmuşdur. Davamlı inkişafı təmin etmək öhdəliyi daşımaqla və distribusiya prosesinin bütün mərhələlərində ən mükəmməl nəticələr əldə etməyi qarşıya məqsəd qoymaqla ENGİN istehlakçı malları sahəsində bütün regionda ən təcrübəli və yenilikçi şirkətlərdən birinə çevrilmişdir.