ENGIN gənclərə dəstək verir və sağlam həyat tərzini təbliğ edir!

14 MAY 2017

ENGİN artıq 17 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Fəaliyyəti zamanı ENGİN hər zaman ölkənin sosial məsuliyyətli vətəndaşı olduğunu göstərmişdir. Korporativ sosial məsuliyyəti sayəsində ENGİN gənc nəslin inkişafına sərmayə qoymaq məqsədilər 5-16 yaş arası uşaqların “Sıçrayış” basketbol klubunun fəxri sponsoru olmaq qərarına gəlmişdir. Klub Bakıda yerləşən 9 məktəbi əhatə edir. Klubun rəhbəri U-16-nın aparıcı məşqçisi və Milli Basketbol komandasının ikinci məşqçisi olan Elşən Yusubovdur. Əməkdaşlıq çərçivəsində ENGIN, klubda səmərəli dərs mühiti yaratmaq üçün lazımi xərcləri qarşılayır. Sevindirici haldır ki, “Sıçrayış” qısa zaman ərzində artıq Şəki şəhərini də əhatə edə bilib. Yaxın zamanlarda uşaq basketbolunu ölkəmizin digər rayonlarında da inkişaf etdirmək klubun əsas planlarına daxildir.

“Sıçrayış” klubu uşaqları peşəkar basketbolçular olaraq hazırlamaq məqsədilə mütəmadi olaraq turnirlər keçirir. 12-14 May tarixlərində ENGİN və klubun birgə əməkdaşlığı nəticəsində Oğuzda 11-12 və 13-14 yaşlı uşaqlar üçün düşərgə və “Beyond” basketbol turniri keçirilmişdir. Qeyd etmək lazımdır ki, “Beyond” şirkətin korporativ mədəniyyətidir və gözləntilərin üzərində fəaliyyət göstərdiyini simvolizə edir. Turnirdə Bakı, Şəki, Gəncə və Cəlilabad şəhərlərini təmsil edən ən yaxşı komandalar yarışırdı. Kiçik yaş qrupu üzrə yarışın qalibi Bakı “Sıçrayış” komandası, böyük yaş qrupu üzrə işə Şəki şəhərinin “Sıçrayış” komandası oldu. Gərgin keçən oyunlardan sonra uşaqlar üçün müxtəlif maraqlı intellektual və əyləncəli oyunlar təşkil olunmuşdu.

Düşərgənin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzini və düzgün qidalanmanı təbliğ etmək idi. Bu layihə şirkətin gənc nəslin inkişafına yönəlmiş ilk və sonuncu təşəbbüsü deyil.