Fater italyan bazarında şəxsi gigiyenik hopdurucu məhsulların, Avropa bazarında isə ağardıcı məhsulların istehsalı üzrə aparıcı şirkətdir. Angelini ailəsi tərəfindən1958-ci ildə Peskara şəhərində yaradılmış Fater 1992-ci ildən etibarən Angelini Group və Procter&Gamble arasında bərabər qaydada paylaşdırılmış birgə müəssisə kimi fəaliyyət göstərir. Fater davamlı inkişafa inanan dinamik şirkətdir və öz pul dövriyyəsinin 3%-ini tədqiqat və inkişafa yatırır. Fater Peskarada yerləşir. Şirkətin İtaliya (Peskara və Kompokyaro) , Portuqaliya (Porto) və Mərakeşdə (Məhəmmədiyyə) istehsal zavodları mövcuddur. Fater-də 1.400 işçi çalışır və şirkətin pul dövriyyəsi 915 milyon avro təşkil edir.

Brendlər