Procter & Gamble

www.pg.com

P&G - bugünkü və gələcək nəsillərin həyatını yaxşılaşdıran, ən yüksək keyfiyyətə və istehlak dəyərinə malik olan xidmətlər və mallar təmin etməyi qarşısına məqsəd qoymuş istehlak malları təklif edən beynəlxalq şirkətdir. P&G şirkətinin dünyanın 70-dən çox ölkəsində nümayəndəliyi mövcuddur. 1837-ci ildən bəri fəaliyyət göstərən P&G şirkəti bu uzun müddət ərzində əldə etdiyi zəngin təcrübə ilə öz istehlakçılarına həyatı günü-gündən yaxşılaşdıran brendlər təklif etməklə, onların yanında olmağı öyrənmişdir. Böyük təcrübəsi və uğurlu fəaliyyəti sayəsində P&G şirkəti istehlak malları sahəsində ümümi gəliri 76 milliard ABŞ dollar olaraq dünyada lider olmuşdur. P&G şirkətinin Azərbaycanda ofisi 1998-ci ildə açılmışdır. O vaxtdan bəri bu ofis yerli bazarda şirkətin mallarının satışını təşkil edir. P&G şirkəti Azərbaycanda Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard®, Lenor®, Dreft®, Discreet® kimi dünya brendlərini alıcılara təqdim edir.